Yeni xəbərlər burada görünəcək.

Mal əti bahalaşdı, kənd toyuğunun qiyməti də artdı

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna tələbatı artırıb. Tələbatın yüksəlməsi isə kənd toyuğunun qiymətinə də təsir göstərib. Leqalxəbər “Xəzər” TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə

11 baxış 3 dəq

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna tələbatı artırıb. Tələbatın yüksəlməsi isə kənd toyuğunun qiymətinə də təsir göstərib.

Leqalxəbər “Xəzər” TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur.

Belə ki, bəzi rayonlarda əvvəllər 12-13 manata satılan kənd toyuqları hazırda 15 manata təklif edilir.

İsmayıllı və Tovuzda qiymətlər artıb

İsmayıllıdakı satıcıların sözlərinə görə, qiymət artımı əsasən son bir ay ərzində baş verib. Onlar bildirirlər ki, mal ətinin bahalaşmasından sonra kənd toyuğuna maraq və tələbat nəzərəçarpacaq dərəcədə artıb.

Oxşar vəziyyət Tovuz bazarında da müşahidə olunur. Burada kənd toyuqlarının qiyməti quşun çəkisi və ölçüsündən asılı olaraq dəyişir.

Satıcıların sözlərinə görə, son bir ay ərzində əsasən 1-2 manatlıq artım qeydə alınıb. Bəzi hallarda isə əvvəllər 5-6 manata satılan kiçik toyuqların qiyməti 12-13 manata yüksəlib.
daha pesekar edek

Xəbəri paylaş Dostlarınıza göndərin