Yeni xəbərlər burada görünəcək.

"Mançester Siti" transfer rekordunu təkrarladı

"Mançester Siti"nin argentinalı yarımmüdafiəçi Enzo Fernandesin transferini rəsmiləşdirməsi İngiltərə Premyer Liqasında rekordun təkrarlanması ilə nəticələnib. "Şəhərlilər" 25 yaşlı futbolçunun keçidi üçün "Çelsi"yə 145 milyon avro ödəyib Bu məbləğ İngiltərə Premyer

9 baxış 3 dəq

"Mançester Siti"nin argentinalı yarımmüdafiəçi Enzo Fernandesin transferini rəsmiləşdirməsi İngiltərə Premyer Liqasında rekordun təkrarlanması ilə nəticələnib.

"Şəhərlilər" 25 yaşlı futbolçunun keçidi üçün "Çelsi"yə 145 milyon avro ödəyib

Bu məbləğ İngiltərə Premyer Liqasında transfer rekordu hesab olunur. "Liverpul"un Aleksander İsak üçün "Nyukasl"a ödədiyi 145 milyon avro ilə eyni məbləğdir.

Beləliklə, Fernandesin transferi Premyer Liqa tarixində ən bahalı keçidlər sırasında ilk pilləni İsakla bölüşür.

Qeyd edək ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Enzo Fernandes 2023-cü ildən "Çelsi"nin formasını geyinirdi.

Xəbəri paylaş Dostlarınıza göndərin