Yeni xəbərlər burada görünəcək.

Marko Rubio ABŞ tarixindəki "qaranlıq ləkə"dən danışdı

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Dövlət katibi Marko Rubio keçmiş prezident Co Bayden administrasiyası dövründə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını “ABŞ tarixində qaranlıq ləkə” adlandırıb. Məlumata görə, Rubio bu açıqlamanı Kabil hava limanında “Abbey Gate” yaxınlığında törədilən terror

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Dövlət katibi Marko Rubio keçmiş prezident Co Bayden administrasiyası dövründə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını “ABŞ tarixində qaranlıq ləkə” adlandırıb.

Məlumata görə, Rubio bu açıqlamanı Kabil hava limanında “Abbey Gate” yaxınlığında törədilən terror aktının beşinci ildönümü ilə bağlı verib.

Həmin terror hücumu nəticəsində 13 ABŞ hərbçisi və 160-dan çox dinc əfqan həyatını itirib.

“Politico” nəşrinin daha əvvəl yaydığı məlumata görə, ABŞ hakimiyyəti Kabildə planlaşdırılan hücum barədə partlayışlardan bir neçə saat əvvəl xəbərdar olub.

Qeyd edək ki, Əfqanıstanda sözügedən partlayışlar 26 avqust 2021-ci ildə baş verib. İlk partlayış Kabil hava limanında, ikinci partlayış isə “Baron” hotelinin yaxınlığında qeydə alınıb.

Partlayışlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.


Xəbəri paylaş Dostlarınıza göndərin