Yeni xəbərlər burada görünəcək.

MASAZIRDA AĞIR QƏZA

EQAL XƏBƏR məlumat verir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində “Changan” markalı minik avtomobili ilə “ZiL” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və

7 baxış 3 dəq

EQAL XƏBƏR məlumat verir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində “Changan” markalı minik avtomobili ilə “ZiL” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 2007-ci il təvəllüdlü Nihad Fərhad oğlu Məmmədovu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin