Yeni xəbərlər burada görünəcək.

MASAZIRDA NARAHATLIQ

Leqal xəbər məlumat verir ki, Abşeron rayonunun Masazır kənd sakinləri ərazidə baş verən xoşagəlməz hadisələrlə bağlı narahat olduqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, kənd ərazisində narkotik maddələrin satışı və istifadəsi ilə bağlı halların artdığı iddia olunur. Bildirilir ki, hər gün

7 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Abşeron rayonunun Masazır kənd sakinləri ərazidə baş verən xoşagəlməz hadisələrlə bağlı narahat olduqlarını bildirirlər.
Sakinlərin sözlərinə görə, kənd ərazisində narkotik maddələrin satışı və istifadəsi ilə bağlı halların artdığı iddia olunur. Bildirilir ki, hər gün müxtəlif şübhəli şəxslər əraziyə gəlir və yaşayış evlərinin yaxınlığında hərəkət edirlər.
Valideynlər xüsusilə azyaşlı uşaqların təhlükəsizliyindən narahat olduqlarını deyirlər. Onların sözlərinə görə, uşaqlar artıq həyətlərdə və küçələrdə rahat oynaya bilmirlər.
Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini və ərazidə təhlükəsizliyin gücləndirilməsini tələb edirlər.
Xəbəri paylaş Dostlarınıza göndərin