İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Mebriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Leqal Xəbər məlumat verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi

7 baxış 3 dəq
Mebriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.

Leqal Xəbər məlumat verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.

Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin