Yeni xəbərlər burada görünəcək.

MEDİA SAHƏSİNDƏ VAHİD QURUM YARADILIR

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda media sahəsinin tənzimlənməsi məqsədilə yeni vahid qurumun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda media sahəsinin tənzimlənməsi məqsədilə yeni vahid qurumun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.

Qanun layihəsinə əsasən, milli informasiya təhlükəsizliyinin və medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə çap, onlayn və audiovizual media üçün vahid yanaşmanı təmin edən daha çevik və kollegial idarəetmə mexanizmi tətbiq ediləcək.

Dəyişikliklərə əsasən, Media və Yayım Şurası adlı yeni vahid qurum yaradılacaq. Şuranın səlahiyyət və vəzifələri "Media haqqında" Qanunda əksini tapacaq və qurum kollegial idarəetmə prinsipi əsasında fəaliyyət göstərəcək.

Bildirilib ki, yeni mexanizm medianın müstəqilliyinin möhkəmləndirilməsinə, ictimai etimadın artırılmasına, daxili informasiya məkanının təhlükəsizliyinin təmin olunmasına və yerli medianın inkişafına əlavə dəstək verəcək.

Qanun layihəsi, həmçinin media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması ilə əlaqədar "Dövlət qulluğu haqqında" Qanunun müvafiq maddələrinə də dəyişiklikləri nəzərdə tutur.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin