Yeni xəbərlər burada görünəcək.

MEDİA VƏ YAYIM ŞURASININ İDARƏETMƏ STRUKTURU NECƏ OLACAQ?

LEQAL XƏBƏR məlumat verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Media və Yayım Şurasının sədri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Media və Yayım Şurasının sədri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.
Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə iki sədr müavini seçəcəklər.
Qanun layihəsində qeyd olunur ki, Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab ediləcək. Qərarlar sadə səs çoxluğu ilə qəbul olunacaq. Səslər bərabər olduqda isə Şura sədrinin səsi həlledici olacaq.
Bundan əlavə, Şura sədri təsdiqlənmiş struktur, əməkhaqqı fondu və işçi sayı çərçivəsində Aparatın strukturunu, ştat cədvəlini və büdcə smetasını təsdiq etmək səlahiyyətinə malik olacaq.
Layihəyə görə, Şura sədri səlahiyyətlərinin bir hissəsini və ya vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə biləcək.
Xəbəri paylaş Dostlarınıza göndərin