Yeni xəbərlər burada görünəcək.

METEOR YAĞIŞI OLACAQ

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axınının maksimum aktivlik həddinə sentyabrın 1-də çatacağı gözlənilir. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, Aurigidlər yüksək sürətli

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axınının maksimum aktivlik həddinə sentyabrın 1-də çatacağı gözlənilir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, Aurigidlər yüksək sürətli meteorları ilə diqqət çəkir.

Meteor yağışının mənbəyi C/1911 N1 (Kiess) kometasıdır. Yer hər il bu kometadan ayrılan toz və kiçik qaya hissəciklərinin yaratdığı axından keçdiyi üçün atmosferdə meteorlar müşahidə olunur.

Aurigid meteorları atmosferə saniyədə təxminən 66–67 kilometr sürətlə daxil olur və parlaq, qısaömürlü izlər yaradır. Onların əksəriyyəti 70–100 kilometr yüksəklikdə yanaraq yox olur.

Məlumata görə, Bakıda meteor yağınını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, xüsusilə gecə yarısından sübhədək olan saatlardır.

Bakıdan real müşahidə zamanı saatda orta hesabla 5 meteor görmək mümkün ola bilər. Lakin 2026-cı ildə maksimum vaxtında Ayın işığı zəif meteorların bir hissəsinin görünməsinə mane olacaq.

Meteor yağışını izləmək üçün teleskopa ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, açıq ərazidə adi gözlə müşahidə aparmaq tövsiyə olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin