Leqal xəbər məlumat verir ki, ABŞ-ın Massaçusets ştatı üzərində atmosferə daxil olan meteorit güclü partlayış yaradıb.
NASA-nın məlumatına görə, təxminən 75 min mil/saat sürətlə hərəkət edən meteorit atmosferdə parçalanaraq 300 ton trotil gücünə bərabər enerji buraxıb. Nəticədə bir sıra ərazilərdə güclü səs eşidilib, binaların silkələndiyi bildirilib.
Məlumata əsasən, meteorit ABŞ-ın şimal-şərq hissəsi üzərində, təxminən 64 kilometr yüksəklikdə parçalanıb. Hadisə Massaçusets, Nyu-Hempşir və ətraf bölgələrdə hiss olunub.
NASA hadisənin hər hansı peyk və ya kosmik tullantı ilə bağlı olmadığını, bunun təbii mənşəli meteorit olduğunu açıqlayıb. İlkin məlumatlara görə, partlayış nəticəsində xəsarət alan və ya ciddi dağıntı qeydə alınmayıb.