Yeni xəbərlər burada görünəcək.

Metin Öztürk “Qalatasaray” klubundan istefa verdi

Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib. Leqal Xəbər Musavat-a istinadən xəbər verir ki, klub rəsmisi bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Öztürk oktyabrın 27-də keçirilən klubun İdarə Heyətinin iclasında fiziki hücuma məruz qaldığını və

7 baxış 3 dəq

Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib.

Leqal Xəbər Musavat-a istinadən xəbər verir ki, klub rəsmisi bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Öztürk oktyabrın 27-də keçirilən klubun İdarə Heyətinin iclasında fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini bildirib. pizza hut

O, baş verən hadisələrə görə istefa qərarı verdiyini açıqlayıb:

“Oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında fiziki hücuma və mərhum anama qarşı təhqirə çevrilən hərəkətləri qəbul etməyə nə "Qalatasaray" tərbiyəm, nə də valideynlərimdən aldığım tərbiyə imkan verir”.

Metin Öztürk bu gündən etibarən “Qalatasaray”ın İdarə Heyətindən və kluba bağlı şirkətlərdə tutduğu bütün rəhbər vəzifələrindən ayrıldığını bəyan edib.

Xəbəri paylaş Dostlarınıza göndərin