Yeni xəbərlər burada görünəcək.

Metronun "20 Sentyabr" stansiyası nə zaman istifadəyə veriləcək?

"Bakı Metropoliteni" QSC-nin tikilməkdə olan "20 Sentyabr" stansiyası gələn il istifadəyə veriləcək". Bunu Leqal Xəbərə-ə açıqlamasında qurumun Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib. Onun sözlərinə görə, stansiyanın tikintisi başa

10 baxış 3 dəq

"Bakı Metropoliteni" QSC-nin tikilməkdə olan "20 Sentyabr" stansiyası gələn il istifadəyə veriləcək".

Bunu Leqal Xəbərə-ə açıqlamasında qurumun Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

Onun sözlərinə görə, stansiyanın tikintisi başa çatdırılıb, infrastruktur-quraşdırma işləri aparılır: "Hazırda stansiyada memarlıq üzlənmə işlərinin tamamlanması aparılır. İşlər qrafik üzrə qaydasında davam etdirilir. Gələn ilin birinci yarısına qədər stansiyanın tam istismara verilməsi planlaşdırılır".

M.Rzayev bildirib ki, bu ilin sonuna qədər stansiyanın tikinti-quraşdırma işləri başa çatdırılacaq, sonra stansiyada sınaq işlərinə başlanacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin