Yeni xəbərlər burada görünəcək.

MƏHKUMLARA NARKOTİK DAŞIYAN DRONLAR SƏHİYYƏ XİDMƏTİNİN İŞİNİ ÇƏTİNLƏŞDİRDİ

LEQAL XƏBƏR məlumat verir ki, Fransanın Strasburq şəhərində təcili yardım helikopterləri və mülki təhlükəsizlik xidmətləri yerli istintaq təcridxanası üzərində uçan dronlar səbəbindən gecə saatlarında xəstə və yaralı insanların xəstəxanaya çatdırılmasında çətinliklərlə üzləşiblər. Məlumata görə,

13 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Fransanın Strasburq şəhərində təcili yardım helikopterləri və mülki təhlükəsizlik xidmətləri yerli istintaq təcridxanası üzərində uçan dronlar səbəbindən gecə saatlarında xəstə və yaralı insanların xəstəxanaya çatdırılmasında çətinliklərlə üzləşiblər.

Məlumata görə, son üç həftə ərzində məhkumlara qanunsuz bağlamalar, o cümlədən narkotik vasitələr, mobil telefonlar və silahlar çatdırmaq üçün istifadə olunan dronlar təcili yardım helikopterlərinin fəaliyyətinə mane olub.

Bu səbəbdən gecə saatlarında helikopterlərin “Otpyer” klinikasına birbaşa enişləri dayandırılıb. Hazırda helikopterlər başqa aerodroma enir, xəstələr isə oradan xəstəxanaya avtomobillərlə aparılır.

Qeyd edək ki, daha əvvəl Fransanın şərqindəki təcridxanaya dronlarla 1,8 mindən çox narkotik bağlaması çatdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin