Yeni xəbərlər burada görünəcək.

Məhkumun gizlətdiyi avtomat silah aşkarlandı

Bakıda məhkumun illər əvvəl gizlətdiyi avtomat silah aşkarlanıb. Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində odlu silah-sursat aşkar edilib. Məlumata görə, Penitensiar Xidmətin cəzaçəkmə

14 baxış 3 dəq

Bakıda məhkumun illər əvvəl gizlətdiyi avtomat silah aşkarlanıb.

Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində odlu silah-sursat aşkar edilib.

Məlumata görə, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində cəza çəkən məhkumun həbs edilməmişdən əvvəl Şüvəlan qəsəbəsində odlu silah gizlətdiyi müəyyənləşdirilib.

Bununla bağlı keçirilən əməliyyat zamanı çimərlik ərazisində yerləşən köhnə tikilinin yaxınlığı diqqətə alınıb. Ərazidə aparılan axtarış nəticəsində torpağa basdırılaraq gizlədilmiş silah-sursat aşkar edilib.

Hadisə yerindən 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 daraq və 105 ədəd 5,45 mm çaplı patron götürülüb.

Aşkar edilən silah və sursat maddi sübut kimi götürülərək müvafiq araşdırmaya cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Silahın hansı məqsədlə gizlədildiyi və onunla bağlı digər hallar araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin