Yeni xəbərlər burada görünəcək.

Məhərrəm İncədən sərt mesaj

Leqal xəbər bildirirki, Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İnce Yaxın Şərqdə baş verən hadisələr fonunda islam ölkələrinin mövqeyini kəskin tənqid edib. Siyasətçi bildirib ki, Azərbaycanın da daxil olduğu 12 islam ölkəsi İranı qınasa da, ümumi yanaşmada ciddi ziddiyyətlər mövcuddur.

9 baxış 3 dəq

Leqal xəbər bildirirki, Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İnce Yaxın Şərqdə baş verən hadisələr fonunda islam ölkələrinin mövqeyini kəskin tənqid edib. Siyasətçi bildirib ki, Azərbaycanın da daxil olduğu 12 islam ölkəsi İranı qınasa da, ümumi yanaşmada ciddi ziddiyyətlər mövcuddur. Onun sözlərinə görə, bəzi ölkələrin Fələstin məsələsində passiv mövqe sərgiləməsi “ikili standart” kimi qiymətləndirilə bilər. “Allahdan qorxmursunuzsa, heç olmasa İspaniyadan utanın!” – deyə İnce vurğulayıb. O, çıxışında İspaniyanın Fələstinlə bağlı atdığı addımları nümunə göstərib. Bildirilib ki, Avropa ölkəsi olmasına baxmayaraq, İspaniya Fələstin dövlətini tanıyıb, müəyyən məhdudiyyətlər tətbiq edib və beynəlxalq platformalarda daha aktiv mövqe nümayiş etdirib. Qeyd edək ki, Məhərrəm İncənin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.



Xəbəri paylaş Dostlarınıza göndərin