Yeni xəbərlər burada görünəcək.

Məşhur maliyyəçi həbs edildi

Leqal xəbər bildirirki, “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, tanınmış maliyyəçi İntiqam Səfərəliyev həbs edilib. Məlumata görə, o, külli miqdarda dələduzluqda ittiham olunur. Bildirilir ki, şikayətçi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İddialara əsasən,

10 baxış 3 dəq

Leqal xəbər bildirirki, “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, tanınmış maliyyəçi İntiqam Səfərəliyev həbs edilib. Məlumata görə, o, külli miqdarda dələduzluqda ittiham olunur. Bildirilir ki, şikayətçi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İddialara əsasən, Səfərəliyev T. Heydərova yalan vədlər verərək 1 milyon manatdan çox vəsaiti ələ keçirib. Faktla bağlı onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 178.4-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və bu maddə üzrə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulur. Qeyd olunur ki, İ. Səfərəliyev ittihamları qəbul etmir və özünü təqsirli bilmədiyini bildirir.

Xəbəri paylaş Dostlarınıza göndərin