Yeni xəbərlər burada görünəcək.

MƏŞHUR MİLYARDER ÖMÜRLÜK HƏBS EDİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Çində “Evergrande” şirkətinin təsisçisi və keçmiş sədri Xuey-Ka Yan ömürlük azadlıqdan məhrum edilib. Məlumata görə, Şençjen Xalq Məhkəməsi milyarderi maliyyə vəsaitlərinin cəlb edilməsində dələduzluq, vəsaitlərdən təyinatı üzrə istifadə etməmək və qiymətli kağızlarla

17 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Çində “Evergrande” şirkətinin təsisçisi və keçmiş sədri Xuey-Ka Yan ömürlük azadlıqdan məhrum edilib.

Məlumata görə, Şençjen Xalq Məhkəməsi milyarderi maliyyə vəsaitlərinin cəlb edilməsində dələduzluq, vəsaitlərdən təyinatı üzrə istifadə etməmək və qiymətli kağızlarla manipulyasiya da daxil olmaqla bir sıra cinayətlərdə təqsirli bilib.

İstintaq zamanı Xuey-Ka Yan və “Evergrande” şirkəti tərəfindən 2016–2021-ci illər ərzində iri həcmli maliyyə pozuntularının törədildiyi müəyyənləşdirilib.

Məhkəmə onun aktivlərinin müsadirə olunmasına, həmçinin “Evergrande Group” və onun törəmə şirkətinə ümumilikdə 2,35 milyard dollar məbləğində cərimə tətbiq edilməsinə qərar verib.

Bu iş üzrə daha 56 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Onların arasında Xuey-Ka Yanıın iki oğlu da var. Təqsirləndirilən şəxslərə verilən cəzalar 22 aydan 18 ilədək dəyişir.

Qeyd edək ki, Xuey-Ka Yan 1996-cı ildə Quançjou şəhərində “Evergrande” şirkətini təsis edib. Şirkətin sürətli böyüməsi əsasən borc vəsaitləri hesabına maliyyələşdirilən böyük tikinti layihələri ilə bağlı olub.

Nəticədə “Evergrande” Çinin ən iri tikinti şirkətlərindən birinə çevrilib. Xuey-Ka Yan isə bir müddət dünyanın ən varlı şəxsləri sırasında yer alıb.

Onun biznes imperiyası sonrakı illərdə futbol klubu və elektromobil istehsalçısının alınması ilə daha da genişlənib.

Xəbəri paylaş Dostlarınıza göndərin