Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış massivində tonqal səbəbindən yanğın hadisəsi baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, naməlum şəxslər tərəfindən yandırılan tonqal nəzarətsiz qaldıqdan sonra ətrafa yayılaraq yanğına səbəb olub. Məlumata əsasən, tonqal yandıran şəxslər ərazini tərk etdikdən təxminən 10–30 dəqiqə sonra alov böyüyərək yaxın sahəyə keçib. Hadisəni görən sakinlər dərhal aidiyyəti qurumlara məlumat veriblər. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları operativ müdaxilə edərək yanğını söndürüb və alovun geniş əraziyə yayılmasının qarşısını alıblar. Sakinlərə tonqal yandırarkən təhlükəsizlik qaydalarına riayət etmələri, ocaq sönənədək nəzarətdə saxlamaları tövsiyə olunur. Hadisə ilə bağlı araşdırma aparılır.
MİDA-da YANĞIN
Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış massivində tonqal səbəbindən yanğın hadisəsi baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, naməlum şəxslər tərəfindən yandırılan tonqal nəzarətsiz qaldıqdan sonra ətrafa yayılaraq yanğına səbəb olub. Məlumata əsasən, tonqal yandıran şəxslər ərazini
14 baxış
3 dəq
