Yeni xəbərlər burada görünəcək.

"Milan" səfərdə "Udineze"ni məğlub etdi, Hatçinson debüt qolunu vurdu

İtaliya A Seriyasının VIII turunda "Milan" səfərdə "Udineze"ni 0:2 hesabı ilə məğlub edib. Leqal Xəbər məlumat verir ki, Udine şəhərindəki "Bluenerci" stadionunda keçirilən matçda hesabı 6-cı dəqiqədə Kristian Pulişiç açıb. O, Luka Modriçin ötürməsindən sonra

8 baxış 3 dəq

İtaliya A Seriyasının VIII turunda "Milan" səfərdə "Udineze"ni 0:2 hesabı ilə məğlub edib.

Leqal Xəbər məlumat verir ki, Udine şəhərindəki "Bluenerci" stadionunda keçirilən matçda hesabı 6-cı dəqiqədə Kristian Pulişiç açıb. O, Luka Modriçin ötürməsindən sonra fərqlənib.

65-ci dəqiqədə "Milan"ın yeni transferi Omari Hatçinson komandasının ikinci qolunu vurub. Bu, onun "Milan"ın heyətində ilk qolu olub.

Bu qələbədən sonra "Milan" 18 xalla A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda üçüncü yerdəki "Roma" ilə eyni xala malikdir və liderlər "İnter"lə "Latsio"dan dörd xal geri qalır.

"Udineze" isə dörd xalla 17-ci yerdədir.

Xəbəri paylaş Dostlarınıza göndərin