Yeni xəbərlər burada görünəcək.

Millimiz Tacikistana qarşı

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxacaq. Millimiz Bakıda Tacikistan yığmasını qəbul edəcək. Qarşılaşma Bakıda yerləşən “Neftçi Arena”da saat 20:00-da start götürəcək. Milli komandamızın baş məşqçisi Ayxan Abbasov bildirib ki, bu görüş UEFA Millətlər Liqası oyunları

6 baxış 3 dəq

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.

Millimiz Bakıda Tacikistan yığmasını qəbul edəcək. Qarşılaşma Bakıda yerləşən “Neftçi Arena”da saat 20:00-da start götürəcək.

Milli komandamızın baş məşqçisi Ayxan Abbasov bildirib ki, bu görüş UEFA Millətlər Liqası oyunları öncəsi vacib sınaq xarakteri daşıyır və komandada rotasiyalar olacaq. O, həm yaxşı oyun nümayiş etdirməyi, həm də qələbə qazanmağı hədəflədiklərini vurğulayıb.

Oyunu Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.

Azarkeşlər milli komandamıza dəstək olmaq üçün stadionda və ekran qarşısında bir araya gələcəklər.

Bu qarşılaşmadan sonra millimizi UEFA Millətlər Liqasında Litva və Lixtenşteynə qarşı oyunlar gözləyir.

Xəbəri paylaş Dostlarınıza göndərin