Yeni xəbərlər burada görünəcək.

MİLYARDLARLA İLLİK SƏYAHƏT GÜNƏŞDƏ BAŞA ÇATDI

LEQAL XƏBƏR məlumat verir ki, indiyədək elmə məlum olmayan bir kometa Günəşə düşərək tamamilə məhv olub. Məlumata görə, bu səma cisminin nə rəsmi adı, nə də beynəlxalq kataloqlarda qeydiyyat nömrəsi olub. Alimlər bildirirlər ki, kometa milyardlarla il əvvəl formalaşmış kiçik kosmik cisim olub və

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, indiyədək elmə məlum olmayan bir kometa Günəşə düşərək tamamilə məhv olub.
Məlumata görə, bu səma cisminin nə rəsmi adı, nə də beynəlxalq kataloqlarda qeydiyyat nömrəsi olub. Alimlər bildirirlər ki, kometa milyardlarla il əvvəl formalaşmış kiçik kosmik cisim olub və nəhəng planetlərin cazibə qüvvəsinin təsiri nəticəsində birbaşa Günəşə doğru istiqamət alıb.
Mütəxəssislərin sözlərinə görə, kometa Günəşlə toqquşmazdan qısa müddət əvvəl parlaq şəkildə alovlanıb. Lakin bu parıltı cəmi bir neçə an davam edib və səma cisminin mövcudluğuna son qoyub.
Alimlər bu hadisəni nadir kosmik proses kimi qiymətləndirərək bildiriblər ki, milyardlarla il davam edən səyahət Günəşdə sona çatıb.




Xəbəri paylaş Dostlarınıza göndərin