Yeni xəbərlər burada görünəcək.

Milyonlar xərclənir, nəticə yoxdur

Leqal xəbər məlumat verir ki, Bakıda yağan güclü yağış paytaxtda növbəti dəfə ciddi problemlərə səbəb olub. Küçələr su altında qalıb, avtomobillər batıb, bəzi ərazilərdə isə hərəkət demək olar ki, iflic vəziyyətə düşüb. Şahidlərin sözlərinə görə, bir neçə saatlıq yağıntı belə şəhərin

18 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Bakıda yağan güclü yağış paytaxtda növbəti dəfə ciddi problemlərə səbəb olub. Küçələr su altında qalıb, avtomobillər batıb, bəzi ərazilərdə isə hərəkət demək olar ki, iflic vəziyyətə düşüb.
Şahidlərin sözlərinə görə, bir neçə saatlıq yağıntı belə şəhərin infrastrukturunun zəifliyini açıq şəkildə üzə çıxarıb. Xüsusilə kanalizasiya sistemlərinin suyu qəbul etməməsi nəticəsində yollar gölə çevrilib, bəzi yaşayış evlərinə də su dolub. Məsələ ilə bağlı rəsmi qurumlar əsas səbəb kimi iqlim dəyişikliklərini göstərsə də, ictimai narazılıq artmaqdadır. Rəsmi rəqəmlərə görə, son illərdə drenaj və kanalizasiya sistemlərinə milyonlarla manat vəsait ayrılıb, lakin görünən nəticə hələ də yoxdur. Qeyd edək ki, bu problem artıq istisna hal deyil – demək olar ki, hər il təkrarlanır və paytaxtın əsas problemlərindən biri olaraq qalır.

Xəbəri paylaş Dostlarınıza göndərin