Yeni xəbərlər burada görünəcək.

MİLYONLUQ FIRILDAQ VƏ 25 ARVAD – HİNDİSTANDA KURYÖZ HADİSƏ

LEQAL XƏBƏR məlumat verir ki, Hindistanda Gyan Tivari adlı siyasətçi polisə müraciət edərək kürəkəninin nikah dələduzu olduğunu bildirib. Məlumata görə, özünü Mumbaydan olan zəngin iş adamı kimi təqdim edən şəxs saxta kimliklərdən istifadə etməklə müxtəlif ştatlarda təxminən 25 qadınla evlənib və

3 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Hindistanda Gyan Tivari adlı siyasətçi polisə müraciət edərək kürəkəninin nikah dələduzu olduğunu bildirib.

Məlumata görə, özünü Mumbaydan olan zəngin iş adamı kimi təqdim edən şəxs saxta kimliklərdən istifadə etməklə müxtəlif ştatlarda təxminən 25 qadınla evlənib və onların külli miqdarda pulunu mənimsəyib.

Ailə iki ildən sonra sosial şəbəkələr vasitəsilə həqiqəti öyrənib.

Atanın şikayətindən sonra polis faktla bağlı cinayət işi açıb və dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə Hindistanın sosial şəbəkə seqmentində geniş müzakirələrə səbəb olub.

Xəbəri paylaş Dostlarınıza göndərin