LEQAL XƏBƏR məlumat verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajında gömrük orqanına bəyan edilməyən 16 036 ədəd dərman vasitəsi aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, fakt Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində üzə çıxıb.
Bildirilib ki, sərnişin “Yaşıl kanal” buraxılış sistemindən keçərək gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilib. Onun əl yükü və baqajı stasionar rentgen qurğusunda yoxlanılıb.
Baxış zamanı şübhəli təsvirlər aşkarlandığından ətraflı gömrük yoxlaması aparılıb. Nəticədə gömrük orqanına bəyan edilməyən 36 adda ümumilikdə 16 036 ədəd dərman vasitəsi aşkarlanıb.
Faktla bağlı müvafiq tədbirlər görülür.