Mintay balığının sağlamlığa faydaları mütəxəssislərin diqqətindədir. Bildirilir ki, bu balıq növü tərkibindəki zəngin selen, yod və amin turşuları sayəsində sinir sisteminin dəstəklənməsində mühüm rol oynayır. Mütəxəssislərin sözlərinə görə, selen antioksidant fermentlərin fəaliyyətində iştirak edərək orqanizmin stress və emosional gərginliyə qarşı müdafiəsini gücləndirir. Xüsusilə böyük şəhərlərdə yaşayan və yüksək stress altında olan insanlar üçün mintay balığının qida rasionuna daxil edilməsi tövsiyə olunur. Qidalanma üzrə mütəxəssislər qeyd edirlər ki, mintay balığı leşitinlə zəngin olduğu üçün beyin funksiyalarını, yaddaşı və diqqəti dəstəkləyir. Bununla yanaşı, aşağı yağlı olması onu sağlam və balanslı qidalanma üçün uyğun seçimə çevirir. Mütəxəssislər balanslı qidalanma çərçivəsində həftədə bir neçə dəfə balıq istehlakının ümumi sağlamlığa müsbət təsir göstərdiyini vurğulayırlar.
Mintay balığı sinirləri gücləndirir
Mintay balığının sağlamlığa faydaları mütəxəssislərin diqqətindədir. Bildirilir ki, bu balıq növü tərkibindəki zəngin selen, yod və amin turşuları sayəsində sinir sisteminin dəstəklənməsində mühüm rol oynayır. Mütəxəssislərin sözlərinə görə, selen antioksidant fermentlərin fəaliyyətində iştirak
14 baxış
3 dəq
