Şəmkir rayonunda 13 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən faciəli hadisə baş verib.
LEQAL XƏBƏR xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
Əldə olunan məlumata görə, 2013-cü il təvəllüdlü Y.M. yaşadığı evin hamam otağında vannada çimən zaman qıcolma keçirib. Nəticədə yeniyetmə suda boğularaq həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.![]()