Leqal xəbər məlumat verir ki, Bakıda, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə şagirdlərin qida zəhərlənməsi ilə bağlı hadisə baş verib.
Məlumata görə, məktəbin bufetindən qoğal yeyən 7 şagirddə zəhərlənmə əlamətləri müşahidə olunub. Onlardan bəziləri 5 nömrəli Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Həkimlər ilkin olaraq “dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyublar. Tibbi yardım göstərildikdən sonra şagirdlər ambulator müalicə üçün evə buraxılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Yoxlamalar zamanı məktəb bufetinin rəsmi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə olunan məhsulların mənşəyini təsdiqləyən sənədlərin olmadığı və saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.