Yeni xəbərlər burada görünəcək.

MƏKTƏBİN QARŞISINDA 18 YAŞLI GƏNC ÖLDÜRÜLDÜ

LEQAL XƏBƏR "Bakupost"a istinadla məlumat verir ki, ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib. Hadisə məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən bildirilib ki, dünən

8 baxış 3 dəq
LEQAL XƏBƏR "Bakupost"a istinadla məlumat verir ki, ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.
Hadisə məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
TƏBİB-dən bildirilib ki, dünən saat 21:25-də Bakı şəhərinin Xətai rayonundan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Həkiməqədər tibbi yardım zamanı bir nəfərin – kişi cinsli şəxsin ölüm faktı qeydə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş Dostlarınıza göndərin