Yeni xəbərlər burada görünəcək.

MƏMURUN XANIMI LÜKƏ DÜŞDÜ: AAYDA ƏMƏKDAŞI 2000 MANAT CƏRİMƏLƏNDİ

LEQAL XƏBƏR Oxu.Az-a istinadən məlumat verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq kanalizasiya quyusuna düşərək xəsarət alıb. Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi,

8 baxış 3 dəq

LEQAL XƏBƏR Oxu.Az-a istinadən məlumat verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq kanalizasiya quyusuna düşərək xəsarət alıb.

Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib. Qadın avtomobildən düşərkən yol kənarındakı yağışqəbuledicinin açıq quyusuna düşüb. Nəticədə onun sağ baldır sümüyü sınıb.

Faktla bağlı cinayət işi başlanıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.

Xətai Rayon Məhkəməsi əvvəlcə təqsirləndirilən şəxsə bəraət versə də, dövlət ittihamçısının apellyasiya protestindən sonra Bakı Apellyasiya Məhkəməsi həmin hökmü ləğv edib.

Məhkəmənin qərarı ilə AAYDA-nın vəzifəli şəxsi səhlənkarlıqda təqsirli bilinərək 2000 manat cərimələnib.

Xəbəri paylaş Dostlarınıza göndərin