Leqal xəbər məlumat verir ki, “Moderna” şirkəti yüksək ölüm riski daşıyan hantavirusa qarşı yeni mRNT peyvəndi üzərində çalışdığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, layihə 2023-cü ildən başlayıb və Koreya Universiteti Tibb Məktəbinin Peyvənd İnnovasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Məlumata əsasən, mövzu xüsusilə “MV Hondius” gəmisində qeydə alınan hantavirus yoluxmalarından sonra yenidən gündəmə gəlib. Ümumdünya Səhiyyə Təşkilatı həmin halların “Andes hantavirusu” ilə əlaqəli olduğunu bildirib.
Ekspertlər qeyd edirlər ki, hantavirusun bəzi növlərində ölüm faizi 40 faizə qədər yüksələ bilər. Hazırda Avropa və Amerikada bu virusa qarşı geniş istifadəyə təsdiqlənmiş peyvənd mövcud deyil.