Yeni xəbərlər burada görünəcək.

MOSKVA AEROPORTLARINDA XAOS: 12 MİNDƏN ÇOX SƏRNİŞİN GÖZLƏYİR

LEQAL XƏBƏR məlumat verir ki, Moskvanın hava limanlarında reyslərin gecikməsi və ləğv olunması səbəbindən minlərlə sərnişin aeroportlarda qalıb. Rusiya mediasının məlumatına görə, paytaxt aeroportlarında 60 təyyarə iki saatdan çox gecikib, 80 təyyarə alternativ hava limanlarına yönləndirilib, 70

7 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Moskvanın hava limanlarında reyslərin gecikməsi və ləğv olunması səbəbindən minlərlə sərnişin aeroportlarda qalıb.
Rusiya mediasının məlumatına görə, paytaxt aeroportlarında 60 təyyarə iki saatdan çox gecikib, 80 təyyarə alternativ hava limanlarına yönləndirilib, 70 uçuş isə ləğv olunub.
Bildirilib ki, uçuş cədvəlinin pozulmasına dron hücumları səbəb olub və hazırda 12 min 400 sərnişin hava limanlarında uçuşunu gözləyir.
Qeyd olunur ki, hava limanlarında uçuş və enişlə bağlı məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır, Moskva nəqliyyat prokurorluğu isə sərnişin hüquqlarına nəzarət edir.
Xəbəri paylaş Dostlarınıza göndərin