Yeni xəbərlər burada görünəcək.

MOSKVADA AZƏRBAYCAN SƏFİRLİYİNİN QONAQ EVİ ÖNÜNDƏ TƏXRİBAT

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 27-də günorta saatlarında Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında təxribat törədilib. Məlumata görə, sosial şəbəkələrdə hadisə anını əks etdirən görüntülər yayılıb. Kadrlarda kimliyi məlum olmayan şəxslərin binanın qarşısına

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 27-də günorta saatlarında Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında təxribat törədilib.

Məlumata görə, sosial şəbəkələrdə hadisə anını əks etdirən görüntülər yayılıb. Kadrlarda kimliyi məlum olmayan şəxslərin binanın qarşısına Azərbaycan əleyhinə təxribat xarakterli fotolar yerləşdirdiyi görünür.

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın aidiyyəti qurumlarına kəskin etirazını bildirib.

Rəsmi Bakı insidentə dərhal hüquqi qiymət verilməsini, hadisənin bütün təfərrüatlarının araşdırılmasını və gələcəkdə analoji halların qarşısının alınması üçün qətiyyətli tədbirlər görülməsini tələb edib.

Xəbəri paylaş Dostlarınıza göndərin