Yeni xəbərlər burada görünəcək.

MOSKVADA BAYRAMOV-LAVROV GÖRÜŞÜ BAŞLADI

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb. LEQAL XƏBƏR xəbər verir ki, tərəflər əvvəlcə təkbətək formatda görüş keçirirlər. Daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqların

7 baxış 3 dəq

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

LEQAL XƏBƏR xəbər verir ki, tərəflər əvvəlcə təkbətək formatda görüş keçirirlər.

Daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqların aparılması nəzərdə tutulub.

Görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə yer alan aktual məsələlərin müzakirə olunması planlaşdırılır.

Danışıqların yekunlarına dair tərəflərin açıqlama verməsi gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin