Yeni xəbərlər burada görünəcək.

MOSKVAYA GENİŞMİQYASLI DRON HÜCUMU EDİLDİ

Rusiya paytaxtı Moskva və Moskva vilayəti ötən gecə kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində iri logistika kompleksi, neft bazası və sənaye zonasında yanğınlar baş verib. LEQAL XƏBƏR xəbər verir ki, Moskva meri Sergey Sobyanin region istiqamətində 400-dən

8 baxış 3 dəq

Rusiya paytaxtı Moskva və Moskva vilayəti ötən gecə kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində iri logistika kompleksi, neft bazası və sənaye zonasında yanğınlar baş verib.

LEQAL XƏBƏR xəbər verir ki, Moskva meri Sergey Sobyanin region istiqamətində 400-dən çox pilotsuz uçuş aparatının hərəkət etdiyini açıqlayıb.

Onun sözlərinə görə, PUA-ların əksəriyyəti paytaxtdan uzaq məsafədə zərərsizləşdirilib, 85-i isə Moskvaya yaxınlaşarkən məhv edilib.

Səhər saatlarında sosial şəbəkələrdə Moskva vilayətinin Podolsk şəhərində baş verən yanğınları əks etdirən foto və videogörüntülər yayılıb. İlkin məlumata əsasən, zərbələr nəticəsində Lvovski mikrorayonunda yerləşən neft bazası hədəfə alınıb.

Xəbəri paylaş Dostlarınıza göndərin