Yeni xəbərlər burada görünəcək.

MƏRKƏZİ ASİYA QARANLIĞA QƏRQ OLDU - 4 ÖLKƏDƏ İŞIQLAR SÖNDÜ

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 14-də Mərkəzi Asiyanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxil olmaqla dörd ölkəsində genişmiqyaslı elektrik enerjisi kəsintiləri baş verib. Məlumata görə, Özbəkistanın enerji sistemində baş verən qəza Mərkəzi Asiyanın vahid enerji sisteminə

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 14-də Mərkəzi Asiyanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxil olmaqla dörd ölkəsində genişmiqyaslı elektrik enerjisi kəsintiləri baş verib.

Məlumata görə, Özbəkistanın enerji sistemində baş verən qəza Mərkəzi Asiyanın vahid enerji sisteminə təsir göstərib və regionun enerji şəbəkəsində ciddi problemlər yaranıb.

Hazırda mütəxəssislər qəzanın səbəblərini araşdırır, enerji təchizatının bərpası və yaranmış fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar.

Özbəkistanda elektrik kəsintiləri Surxandərya və bir sıra digər vilayətlərdə qeydə alınıb.

Qazaxıstanda isə Almatı şəhəri və Almatı vilayətinin bir sıra əraziləri işıqsız qalıb. “KEGOC”un məlumatına görə, saat 14:38-də 500 kV-luq üç yüksək gərginlikli hava xəttində qəza baş verib və qəza əleyhinə avtomatlaşdırma sistemi işə düşüb. Kəsintinin həcmi təxminən 300 MVt təşkil edib.

Sakinlərin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi Çimkənd və Taldıqorğan şəhərlərində də müşahidə olunub.

Qırğızıstanda kəsintilər paytaxt Bişkek və İssık-Kul vilayətini əhatə edib. Milli Elektrik Şəbəkəsi hadisənin rəsmi səbəbini hələ açıqlamayıb.

Tacikistanda isə Düşənbə, Xucənd, Kulob, Vahdat, Norak, Hisar, Şəhrinav, Roğun və digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.

İlkin versiyaya əsasən, Tacikistanda qəza yüksək yüklənmə səbəbindən Norak Su Elektrik Stansiyasının aqreqatlarının açılması ilə əlaqəli ola bilər.

Hazırda regionun enerji sistemində yaranmış problemin səbəbləri araşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin