Leqal xəbər məlumat verir ki, Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərə ev hədiyyə etdiyini açıqlayıb. Müğənni bu barədə “Evdəkilərə salam” verilişində danışıb.
Sənətçi bildirib ki, qızı ikinci övladı dünyaya gəldikdən sonra müəyyən çətinliklər yaşayıb və buna görə də əvvəllər yaşadığı evi ona bağışlamaq qərarı verib. Mətanət İsgəndərli qeyd edib ki, oğlu Kərim yaxın zamanda başqa evə köçəcək, özü isə nəvələri ilə birlikdə yaşayacaq.