LEQAL XƏBƏR məlumat verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı müasir dövrdə informasiya mübarizəsinin davam etdiyini vurğulayıb.
O bildirib ki, qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Qlobal Media Forumundan daha uyğun məkan yoxdur.
Hikmət Hacıyevin sözlərinə görə, Şuşa təkcə şəhər deyil, həm də rəmzdir. Əsrlər boyu ədəbiyyatın, musiqinin, jurnalistikanın və ictimai fikrin inkişaf etdiyi mühüm intellektual və mədəni mərkəz olan Şuşa bu gün dialoqun, ideyaların və beynəlxalq əməkdaşlığın yenidən formalaşdığı məkana çevrilib.
Prezidentin köməkçisi bu fikirləri Şuşada keçirilən "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunda səsləndirib.![]()