Yeni xəbərlər burada görünəcək.

Müharibədən Rusiya qazandı

Leqal xəbər bildirirki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta Yaxın Şərqdə baş verən müharibənin indiyədək ən böyük fayda əldə edən tərəfinin Rusiya olduğunu bildirib. O, martın 10-da Brüsseldə Aİ səfirləri qarşısında çıxışı zamanı qeyd edib ki, münaqişə fonunda enerji

12 baxış 3 dəq

Leqal xəbər bildirirki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta Yaxın Şərqdə baş verən müharibənin indiyədək ən böyük fayda əldə edən tərəfinin Rusiya olduğunu bildirib. O, martın 10-da Brüsseldə Aİ səfirləri qarşısında çıxışı zamanı qeyd edib ki, münaqişə fonunda enerji qiymətlərinin kəskin artması və Ukraynadakı müharibəyə beynəlxalq diqqətin azalması Rusiyanın xeyrinə işləyir. Kostanın sözlərinə görə, mövcud vəziyyət qlobal siyasi gündəmi dəyişdirib və bu da Moskvanın mövqeyini müəyyən mənada gücləndirib. “İndiyədək bu müharibənin bircə qalibi var, o da Rusiyadır”, – deyə Aİ Şurasının prezidenti vurğulayıb. O əlavə edib ki, Avropa ölkələri yaranmış vəziyyəti diqqətlə izləməli və regional münaqişələrin qlobal təhlükəsizliyə təsirini nəzərə almalıdır.

Xəbəri paylaş Dostlarınıza göndərin