Yeni xəbərlər burada görünəcək.

Muzeydən 4.3 milyon dollarlıq boyunbağı oğurlanıb

LEQAL XƏBƏR məlumat verir ki, Vyananın Tətbiqi Sənət Muzeyindən (MAK) vaxtilə Misir kraliçası Nazlı Səbriyə məxsus olduğu bildirilən, 673 brilyantla bəzədilmiş boyunbağı oğurlanıb. Məlumata görə, hadisə muzeyin fəaliyyət göstərdiyi saatlarda baş verib. İki naməlum şəxs şüşə vitrini sındıraraq

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Vyananın Tətbiqi Sənət Muzeyindən (MAK) vaxtilə Misir kraliçası Nazlı Səbriyə məxsus olduğu bildirilən, 673 brilyantla bəzədilmiş boyunbağı oğurlanıb.

Məlumata görə, hadisə muzeyin fəaliyyət göstərdiyi saatlarda baş verib. İki naməlum şəxs şüşə vitrini sındıraraq qiymətli eksponatı götürüb və hadisə yerindən qaçıb.

Oğurlanan boyunbağı Fransanın məşhur “Van Cleef & Arpels” zərgərlik evinin 300-dən çox qiymətli əşyasının nümayiş olunduğu sərginin bir hissəsi olub.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaq aparır və şübhəli şəxslərin axtarışını həyata keçirirlər.

Muzeyin rəsmi saytındakı məlumata görə, boyunbağını bəzəyən 673 brilyantın ümumi çəkisi 200 karatdan çoxdur.

Qeyd edək ki, vaxtilə Misir kraliçası Nazlıya məxsus olduğu bildirilən bu nadir zərgərlik nümunəsi 2015-ci ildə Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında təxminən 4,3 milyon dollara satılıb.


Xəbəri paylaş Dostlarınıza göndərin