Leqal xəbər məlumat verir ki, “mygov” rəqəmsal hökumət platformasında vətəndaşlara təqdim olunan xidmətlərin sayı artırılıb.
Elan olunan yeniliklərə əsasən, Elm və Təhsil Nazirliyinə aid bir sıra xidmətlər artıq platformaya inteqrasiya edilib. Bunlara ali məktəblərə bakalavriat, magistratura və rezidentura səviyyələri üzrə qeydiyyat, həmçinin orta ixtisas və məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu daxildir.
Bildirilir ki, yeni xidmətlərdən hər il yüz minlərlə istifadəçinin yararlanacağı gözlənilir.