Yeni xəbərlər burada görünəcək.

"MYGOV"VİDEOSU 6 GÜNƏ 7 MİLYON BAXIŞ TOPLADI

Rəqəmsal xidmətlərin təbliği məqsədilə “mygov” platforması ilə bağlı hazırlanan video sosial şəbəkələrdə qısa müddətdə geniş maraq doğurub. Məlumata görə, video cəmi 6 gün ərzində 7 milyondan çox baxış toplayıb. Paylaşımda vətəndaşların sənədləri fiziki şəkildə daşımasına ehtiyac qalmadığı, bir çox

9 baxış 3 dəq

Rəqəmsal xidmətlərin təbliği məqsədilə “mygov” platforması ilə bağlı hazırlanan video sosial şəbəkələrdə qısa müddətdə geniş maraq doğurub. Məlumata görə, video cəmi 6 gün ərzində 7 milyondan çox baxış toplayıb. Paylaşımda vətəndaşların sənədləri fiziki şəkildə daşımasına ehtiyac qalmadığı, bir çox xidmətlərin mobil tətbiq vasitəsilə əldə oluna bildiyi vurğulanır. Rəqəmsal həllərin gündəlik həyatı asanlaşdırdığı mesajı istifadəçilər tərəfindən müsbət qarşılanıb. Mütəxəssislər hesab edir ki, bu cür maarifləndirici videolar rəqəmsal xidmətlərdən istifadə səviyyəsinin artmasına və elektron hökumət həllərinin daha geniş yayılmasına töhfə verir.


Xəbəri paylaş Dostlarınıza göndərin