Yeni xəbərlər burada görünəcək.

MƏZUNİYYƏT KOMPENSASİYASI VERİLƏCƏK

Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı mühüm qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçinin istifadə etmədiyi əsas və əlavə məzuniyyət günlərinə görə kompensasiya ödəniləcək. Bu ödənişlər əmək şəraiti ağır olan işçiləri, pedaqoji və

14 baxış 3 dəq

Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı mühüm qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçinin istifadə etmədiyi əsas və əlavə məzuniyyət günlərinə görə kompensasiya ödəniləcək. Bu ödənişlər əmək şəraiti ağır olan işçiləri, pedaqoji və elmi fəaliyyətlə məşğul olanları, həmçinin uşaqlı qadınları da əhatə edəcək. Məzuniyyətdən tam istifadə olunmadığı hallarda işdən çıxarkən həmin günlər pul şəklində hesablanaraq işçiyə veriləcək. Qərarın işçilərin sosial hüquqlarının qorunmasına və kompensasiya ödənişlərində bərabərliyin təmininə xidmət edəcəyi bildirilir.


Xəbəri paylaş Dostlarınıza göndərin