Leqal xəbər məlumat verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb. Məlumata görə, Astara və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər ağır cinayətlərə görə məhkum olunmuş Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov tutulub. Onlardan ümumilikdə 43 kiloqram 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər İran vətəndaşları ilə əlaqə yaradaraq narkotik vasitələri sərhədyanı ərazilərdən əldə edib müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkokuryerlər saxlanıldı
Leqal xəbər məlumat verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb. Məlumata görə, Astara və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər ağır cinayətlərə görə məhkum olunmuş Əli Məmmədov,
19 baxış
3 dəq
