Yeni xəbərlər burada görünəcək.

NARKOTİK AŞKARLANDI

Legal Xəbər məlumat verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz dövriyyədə olan külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat tədbirləri nəticəsində 22 yaşlı Hüseyn Əliyev və

7 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz dövriyyədə olan külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat tədbirləri nəticəsində 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıblar. Onların üzərindən və yaşadıqları ünvanlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitələri satış məqsədilə əldə etdiklərini etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin davam etdirildiyini bildirib.


Xəbəri paylaş Dostlarınıza göndərin