Leqal xəbər məlumat verir ki, Astara rayonunda keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Tural Bəkirov və Mehman Abdurəhmanov saxlanılıblar.
Onlardan ümumilikdə 45 kiloqram marixuana və 650 ədəd metadon həbi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.