Yeni xəbərlər burada görünəcək.

Narkotikə görə iki nəfər həbs edildi

Quba rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Leqal Xəbər xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş

14 baxış 3 dəq

Quba rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Leqal Xəbər xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R. Əliyev və S. Talıbov saxlanılıblar.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı saxlanılan şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq çərçivəsində narkotik vasitələrin mənşəyi, onların qanunsuz dövriyyəsinin təşkilatçıları və digər mümkün iştirakçıların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Məhkəmənin qərarı ilə R. Əliyev və S. Talıbov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş Dostlarınıza göndərin