Yeni xəbərlər burada görünəcək.

NASAZ AVTOMOBİL HÜQUQSUZ MOTOSİKLET İDARƏ EDƏN GƏNCİN HƏYATINA SON QOYUB

LEQAL XƏBƏR məlumat verir ki, Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 17 yaşlı motosiklet sürücüsü həyatını itirib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata əsasən, hadisə iyunun 16-da saat 17:00 radələrində qeydə alınıb. Bildirilib ki,

5 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 17 yaşlı motosiklet sürücüsü həyatını itirib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata əsasən, hadisə iyunun 16-da saat 17:00 radələrində qeydə alınıb. Bildirilib ki, Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində məcburi dayanıb.
Məlumata görə, sürücü digər nəqliyyat vasitələrini yalnız əl işarələri ilə xəbərdar etməklə kifayətlənib və avtomobili yolun hərəkət zolağından vaxtında kənarlaşdırmayıb. Nəticədə həmin zolaqla hərəkət edən 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet nasaz avtomobilə çırpılıb.
Ağır xəsarət alan gənc xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunur ki, motosikleti idarə edən şəxs sürücülük hüququna malik olmayıb. Faktla bağlı araşdırma aparılır. BDYPİ isə sürücülərə nasaz avtomobilləri yolda saxlamamaq və qaydalara ciddi əməl etmək barədə bir daha xəbərdarlıq edib.
Xəbəri paylaş Dostlarınıza göndərin