LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistana 300 min azərbaycanlının köçürüləcəyi ilə bağlı iddiaları təkzib edib.
Paşinyan bildirib ki, bu cür məlumatlar həqiqəti əks etdirmir və hökumətin gündəliyində belə bir məsələ yoxdur. O qeyd edib ki, Dağlıq Qarabağ mövzusu ilə bağlı proseslərin artıq bağlandığını düşünür və “geri dönüş” məsələlərinin gündəmdə olmayacağını vurğulayıb.
Ermənistan baş naziri çıxışında Qarabağa, Naxçıvana, Bakıya, Sumqayıta, Gəncəyə və Göyçəyə qayıdış mövzularının olmayacağını deyərək, bunun sülh deyil, münaqişə mövzusu olduğunu iddia edib.
Mətbuat konfransında həmçinin “Ermənistan Yolları” Partiyasının prezidentliyə namizədi Samvel Karapetyan ilə bağlı səsləndirilən açıqlamalar fonunda Paşinyan hökuməti barədə yayılan məlumatların müzakirə olunduğu bildirilib. İddialarda Ermənistanda 300 min azərbaycanlının yerləşdirilməsi planından bəhs olunurdu.