Naxçıvanda 17 yaşlı oğlan bıçaqlanıb.
Leqal Xəbər məlumat verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində baş verib.
Məlumata görə, mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay Rövşən oğlu İsmayılov Xəyal Sərxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən X.Əliyev saxlanılıb.