Yeni xəbərlər burada görünəcək.

NAZİRLİK TƏMİR İŞLƏRİNƏ 2,5 MİLYON MANAT XƏRCLƏYƏCƏK

LEQAL XƏBƏR məlumat verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Tenderin ehtimal olunan qiyməti 2 milyon 538 min

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Tenderin ehtimal olunan qiyməti 2 milyon 538 min manatdır.

Satınalma sənədlərinə əsasən, nəzərdə tutulan işlər çərçivəsində Ağdaş rayonunun 5 saylı tam orta məktəbində dam örtüyünün və dam konstruksiyalarının ağac elementlərinin sökülməsi, yeni konstruksiya işlərinin görülməsi və armaturdan istifadə olunması planlaşdırılır.

Belə ki, məktəbdə 1 023,81 kvadratmetr dam örtüyünün və eyni həcmdə dam konstruksiyalarının ağac elementlərinin sökülməsi nəzərdə tutulub.

Bundan əlavə, 12 kubmetr qəlibin qurulması, 0,32 ton A-1 və 0,532 ton A-3 sinifli armaturdan istifadə edilməsi planlaşdırılır.

Tender çərçivəsində digər təhsil müəssisələrində də təmir və kommunal-kommunikasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş Dostlarınıza göndərin